“Turan”ın planı niyə pozuldu?

XƏBƏR 11 Aprel 2009 / 14:28 2331
-  A +

Sabah premyer-liqanın XXI turu çərçivəsində öz meydanında “Karvan”ı qəbul edəcək “Turan” bu gün doğma meydanda son məşqini keçirib. Qol.Az-ın məlumatına görə, baş məşqçi Rasim Əliyev sonuncu məşqə yetirmələrini əvvəldən nəzərdə tutulduğu kimi saat 16:00-da yox, tez çıxarıb. Buna səbəb həmin vaxtda meydanda “Turan”la “Karvan”ın əvəzedicilərinin mübarizə aparacaqları olub. Yevlaxlılarla matça hazırlaşan “Turan”ın heyətində itki yoxdur. Sağlıq durumunda müəyyən problemleri olan Ruslan Abbasovla Nadir Nəbiyevin vəziyyəti artıq düzəlib. Onlar sabahkı matçda forma geyəcəklər.


Son xəbərlər