Türkiyə mətbuatı: “Rəşadın əli “Beşiktaş”a düşdü”

XƏBƏR 11 Aprel 2009 / 13:07 2592
-  A +

Dünən keçirilən “Kocaelispor” - “Beşiktaş” oyunu Türkiyə mətbuatında geniş müzakirə olunur. Qol.Az-ın məlumatına görə, nüfuzlu “Milliyet” qəzeti geniş yer ayırdığı matçın reportajında qeyd edir: “Oyunun qırılma nöqtəsi Rəşadın “əli” oldu. “Kocaelispor”un uğurlu oyunuyla diqqət çəkən müdafiəçisi Rəşad İbrahim Üzülməzin cinah ötürməsinə əllə toxunduğundan, hakim penalti qərarı verdi. Penaltini qola çevirən Zapotoçnı hesabı bərabərləşdirdi. Rəşadın əli isə “Qara Qartal”a yardım əli kimi uzandı. Məhz bundan sonra daha iki qol vuran “Beşiktaş” çempionluq yolunda mühüm 3 xal qazandı”.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı