Rəşad yenə də komandasının ən yaxşısı oldu

XƏBƏR 11 Aprel 2009 / 12:56 2982
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu dünən Superliqanını XXVII turu çərçivəsində “Beşiktaş”a 1:3 hesabıyla məğlub olub. Qol.Az-ın məlumatına görə, Rəşad oyunboyu inamlı oyunuyla diqqət çəkib. Türkiyə mətbuatı da Sadıqovun oyununu yüksək qiymətləndirib. “Beşiktaş”ın hesabı penaltidən bərabərləşdirdiyi epizodda top məhz Rəşadın əlinə dəysə də, “Milliyet” futbolçumuza yüksək bal verib. Sadıqov digər 5 komanda yoldaşı kimi, 6 bala layiq görülüb. Ümumiyyətlə, meydana çıxmış futbolçular arasında yalnız “Beşiktaş”lı Yusuf həmyerlimizdən yüksək bal alıb. Türkiyəli həmkarlarımız üçüncü qolun müəllifinə 7 bal veriblər. 


Son xəbərlər