Çempionlar Liqası: "Barselona" Almaniyadan qalib ayrıldı

Çempionlar Liqası: "Barselona" Almaniyadan qalib ayrıldı
DÜNYA FUTBOLU 15 Fevral 2012 / 01:34 5436
-  A +

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Almaniyanın "Bayer" (Leverkuzen) klubu doğma azarkeşləri önündə "Barselona"nı qəbul edib. Kataloniya təmsilçisi rəqibinə heç birşans verməyib. Səfərdə 3:1 hesabı ilə qalib gələn "Barselona" 1/4 finala çıxmaq yolunda önəmli addım atıb.
 
Digər oyunda isə Fransa "Lion"u evdə Kiprin APOEL klubu ilə qarşılaşıb. ÇL-in bu mövsüm sürpriz komandalarından olan APOEL "Lion"la bacarmayıb. Matçın taleyini bir qol həll edib. Lakazettenin vurduğu qol Fransa təmsilçisinə qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu mərhələnin qalan görüşləri gələn həftə baş tutacaq.

 


14 fevral

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları
 
23:45. "Bayer" (Leverkuzen, Almaniya) – "Barselona" (İspaniya) - 1:3
Qollar:
Sançez, 41 (0:1), 55 (1:2), Kadleç, 52 (1:1), Messi, 88 (1:3)

23:45. "Lion" (Fransa) - APOEL (Kipr) - 1:0
Qol:
Lakazette, 58 (1:0) 



15 fevral
 
21:00. "Zenit" (Rusiya) – "Benfika" (Portuqaliya)

23:45. "Milan" (İtaliya) – "Arsenal" (İngiltərə)


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"