"Neftçi" "Xəzər-Lənkəran"ı çempionluqdan etdi

"Neftçi"  "Xəzər-Lənkəran"ı çempionluqdan etdi
ÖLKƏ FUTBOLU 12 Aprel 2009 / 20:50 5058
-  A +

Qol.Az saytı bu gün saat 16:00-dan etibarən premyer-liqanın XXI turun ikinci oyun gününün qarşılaşmalarından canlı mətn-reportaj yayımladı. 


12 aprel, bazar
"Neftçi" - "Xəzər-Lənkəran" 2:1 
T.Bəhramov adına Respublika Stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Azad.Q Hüseynov, Rasim Məmmədov
Qollar: Zaur Tağızadə (10), Ali Cansun (90) - Ahmet Dursun (52)

Oyun başa çatdı.
90. QOLLL. Ali Cansun "Neftçi"yə qələbə gətirən qolu vurur.
52. QOL. Ahmet Dursun hesabı bərabərləşdirdi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
44. Cambazovun zərbəsi təhlükəli alınır.
41. Todorovun zərbəsi təhlükəli alınsa da, Miçoviç "Neftçi"ni qoldan xilas edir.
39. Zaurun daha bir zərbəsi təhlükəli alındı.
37. Joze Karlosun zərbəsi təhlükəli alındı.
33. Atem yüzfaizli qol şansını qaçırdı. Meydan sahibləri ikinci qolu vurmağa çox yaxın idilər.
30. Diedonun zərbəsi təhlükəli alındı.
25. Mario Souzanın cərmi zərbəsi təhlükəli alınsa da, Vladimir Miçoviç topu tuta bildi.
17. Atem ikinci qolu vura bilərdi. Lakin onun zərbəsi qeyri-dəqiq alındı.
10. QOLLLL. Zaur Tağızadə hesabı açdı. "Neftçi"1:0 irəlidədir. 
Oyun başladı.


MOİK - "İnter" 0:3
"Şəfa" stadionu
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Qəzənfər Məmmədov, Elçin Səmədli
Qollar: Valter Quqlemon (36,75,89)

Oyun başa çatdı.
89. QOL. Quqlemon het-trikini rəsmiləşdirdi. Uruqvaylı hücumçu vuirduğu qolların sayını 12-ə çatdırmaqla bombardirlər yarışında Mucirini qabaqladı.
75. QOL. Quqlemon özünün və komandasının ikinci qolunu vurdu.
70. Quqlemon ikinci qolu vurmağa yaxın olsa da, zərbəsi dəqiq alınmadı.
57. İkinci hissədə də üstünlük tamamilə çempionun tərəfindədir. Marko Petroviçin zərbəsi təhlükəli alındı.  
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42. Qoldan sonra da "İnter" hücumlarını davam etdirir.
36. QOLL. "İnter" axır ki, istəyinə çatdı. Valter Quqlemon fərqləndi.
17. Valter Quqlemon şansını boşa verdi.
12. Xaqani Məmmədov hesabı açmağa yaxın olsa da, zərbəsi qeyri-dəqiq oldu.
8. Gözlənildiyi kimi, oyuna ilk dəqiqələrdən "İnter" fəal başlayıb.
Oyun başladı.


"Turan" - "Karvan" 4:0
Tovuz şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Habil Əliyev, Mübariz Haşımov, Elnur Muradov
Qollar: Muammer Erdoğdu (25), Viktor İbekoyi (30,45,65)

Oyun başa çatdı.
87.
"Turan"dan Əfran İsmayılovun zərbəsi dirəkdən döndü.
75. "Karvan" buraxdığı qollardan birinin əvəzini çıxa bilərdi. Lakin Murad Ağakişiyevin başla zərbəsi qapıdan azca aralı keçdi.
65. QOL.
"Turan" rəqibini darmadağın edir. Yenə də İbekoyi fərqləndi.
55. "Turan" daha bir qol vura bilərdi. Lakin Kovalyov Nadir Nəbiyevin zərbəsini dəf edə bildi.  
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45. QOLL.
İbekoyi özünün ikinci, komandasının üçüncü qolunu vurdu.
30. QOL. Bu dəfə də Viktor İbekoyi fərqləndi. Hesab artıq 2:0 "Turan"ın xeyrinədir.
25. QOLL. "Turan" hesabı açdı. Muammer Erdoğdu künc zərbəsindən ötürülən topu başla qapıya göndərdi.
15. "Turan" hesabı açsa da, hakim bu qolu hesaba almır. Viktor İbekoyi fərqlənmişdi.
1. "Karvan" ilk hücumdaca hesabı aça bilərdi. "Turan"ın qapıçısı Anar Nəzirovun tərs vuruşu az qala avtoqolla nəticələnəcəkdi.
 
Oyun başladı.


"Qəbələ" - "Olimpik" 1:1
Qəbələ şəhər stadionu
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Rauf Məmmədov, Elvin Əsgərov
Qollar: Fərzad Hatəmi (50) - Leandro Qomeş (86)  

Oyun başa çatdı.
88.
"Qəbələ" meydanda azlıqda qaldı. Süleyman Kamara kobud oyuna görə, qırmızı vərəqəylə cəzalandırıldı.
86. QOL. Qomeş hesabı bərabərləşdirdi.
74. Qomeşlə Samir Musayev əlverişli imkanları qaçırdılar.
70. "Olimpik" hesabı bərabərləşdirmək üçün səy göstərsə də, bu dəqiqəyə qədər "Qəbələ"nin müdafiəçiləri səhvsiz oynayırlar.
50. QOLL. "Qəbələ" ikinci hissəyə qolla başladı. Fərzad Hatəmi hesabı açdı.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
32.
"Qəbələ" daha bir şansı boşa verdi. Kamaranın zərbəsi üstdən keçdi.
21. Meydan sahiblər hesabı aça bilərdilər. Əgər Fərzad Hatəmi dəqiq oynasaydı.
16. Mübarizə əsasən meydanın mərkəzində gedir. Meydanın vəziyyəti yararsız halda olduğundan komandalar yaradıcı oyun qurmaqda çətinlik çəkilər.
 
7.
İlk dəqiqələrdən mübarizə əsasən meydanın mərkəzində gedir.

Oyun başladı.




11 aprel, şənbə
"Simurq" - "Bakılı" 3:0
Zaqatala "Simurq" stadionu
Hakimlər: Hacıəli Ağayev, Həsən Babayev, Eldar Nağıbəyov, Feyzulla Feyzullayev
Qollar: Vladimir Mazyar (25,53), Tural Cəlilov (49)

Oyun başa çatdı.
74. "Simurq" dördüncü qolu rəqibin qapısından keçirsə də, hakim Rasim Ramaldanovun oyundankənar vəziyyətdə olduğunu bildirərək, qolu hesaba almadı.  
60. "Simurq" daha bir qol vura bilərdi. Lakin Artyuxun zərbəsi üstdən keçdi.  
53. QOL. Hesab artıq 3:0 "Simurq"un xeyrinədir. Mazyar dublunu rəsmiləşdirdi.
49. QOL. "Simurq" ikinci qolu rəqibin qapısından keçirdi. Tural Cəlilov fərqləndi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.

43 Çertoqanovun zərbəsi qapıdan aralı keçdi.
34. Tural Cəlilovun zərbəsi təhlükəli alındı.
25. QOLL. Mazyar axır ki, istəyinə çatdı.
19. Mazyar yüz faizli qol şansını qaçırdı.  
12. Artyux daha bir şansı boşa verdi.
5. Sergey Artyuxun zərbəsi təhlükəli alınsa da, "Bakılı"nın qapıçısı səhvsiz oynadı.
Oyun başladı.



"Standard" - "Bakı" 1:2
"Şəfa" stadionu
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Zöhrab Əliyev
Qollar: Rodriqo Silva (76-penaltidən) - Georgi Adamiya 18, Faibo Luis Ramim (38-penaltidən)

Bu qələbə sayəsində "Bakı" yenidən zirvəyə yüksəldi.
Oyun başa çatdı.
89. Mahmud Qurbanov sarı vərəqə ilə cəzalanır.
85. "Bakı"dan Vadim Boretsin zərbəsi qapının üstündən keçir
83. Fərid Quliyev başa zərbə endirir.Top qapının üstündən keçir. Sissoko sarı vərəqə ilə cəzalanır
82. "Bakı"nın heyətində daha bir dəyişiklik. Cəmşid Məhərrəmovun yerinə meydana Saşa Yunisoğlu daxil olur
77. "Bakı"nın baş məşqçisi Coko Haciyevski də əvəzetməyə əl atır. Bəxtiyar Soltanovun yerinə meydana Aleksandar Tomaş daxil olur
76. QOL. "Standard" hesab arasındakı fərqi azaldır - 1:2. Silva topu qapıdan keçirir
75. "Bakı"nını kapitanı Rafael Əmirbəyov əllə oyuna görə sarı vərəqə ilə cəzalanır. Hakim penal təyin edir.
73. Bəxtiyar Soltanovun zərbəsi qapıdan azca aralı keçir
69. "Standard"ın heyətində daha bir dəyişiklik. Pislanın yerinə meydana Fərid Quliyev daxil olur
66. Ramim yaxın məsafədən zərbə endirir. Top qapıdan azca aralı keçir
60. Sissoko daha bir real qol vəziyyətini sovuşdurur
59. Adamiya sağ cinahdan bir müdafiəçini arxada qoyub qapıya zərbə endirir. "Standard"ın qapıçısı bu epizodda səhvsiz oynadı.
56. "Standard"ın heyətində oyunuçu dəyişikliyi baş verir. Alan Kusovun yerinə meydana Rəcəb Fərəczadə daxil olur
54. Silaqadzenin başla zərbəsi təhlükəli alınır
53. Ramimin yaxın məsafədən zərbəsini qapıçı çətinliklə dəf edir
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45. Rikelme və Ruslan Əmircanov sarı vərəqə ilə cəzalanır
44. "Standard"ın heyətində oyunçu dəyişikliyi baş verir. Rodrigezin yerinə Natiq Əkbərov meydana çıxır 
42. Pislanın cərimə zərbəsi təhlükəli alınır. Sissoko yerindədir
41. Silvaya qarşı kobud oyuna görə Savinova sarı vərəqə ilə cəzalanır
38. QOL. "Bakı" ikinci qolu vurdu. Fabio Luis Ramim hakimin təyin etdiyi penaltini qola çevirdi.
35. "Standard" daha bir qol şansını qaçırdı. Alan Kusovun başla zərbəsi qapının üstündən keçdi.
29. "Bakı" hesab arasındakı fərqi artırmağa çox yaxın idi. Lakin Bəxtiyar Soltanov qapıçıyla təkbətəkdən yararlana bilmədi.
25. Kobud oyuna görə, Silaqadze sarı vərəqəylə cəzalanır.
24. Hesabı bərabərləşdirmək üçün irəli atılan "Standard" istəyinə çatmağa yaxın idi. Lakin Qutierresin zərbəsi qapıdan aralı keçdi.  
18. QOLLL. "Bakı" hesabı açdı. Georgi Adamiya fərqləndi. Cərimə meydançasına asmadan sonra Hüseyn Məhəmmədov topu geri qaytarır. Top Adamiyanın önünə düşür və o cərimə meydançası xətti üzərindən topu doqquzluğa göndərir.
15. Meydan sahibləri ilk təhlükəli hücumu qururlar. Silaqadzenin zərbəsi qapıdan azca aralı keçir.
6. Oyuna "Bakı" fəal başlayıb. Adamiyanın uzaqdan yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı.
                                              
Oyun başladı.
                                                      ***
Komandaların heyətləri artıq məlumdur: 
“STANDARD”: 12.Hüseyn Məhəmmədov, 2.David Çiçveyeşvili, 3.Edvinas Lukoşeviçus, 4.Levan Silaqadze, 9.Rodriqo Silva, 11.Anhel Qutierres, 17.Alan Kusov, 18.Ruslan Əmircanov, 20.Dan Pisla, 22.Ronaldo Rodrigez, 50.Chiappa Regulme
Ehtiyyat oyunçular: 1.Amil Ağacanov, 7.Rəcəb Fərəczadə, 10.Osmar Siquera, 14.Zeynal Zeynalov, 30.Qonzalo Varennes, 85.Natiq Əkbərov, 86.Fərid Quliyev
Baş məşqçi: Badri Kvaratsxeliya

“BAKI”: 23.Xalidu Sissoko, 3.Rafael Əmirbəyov, 4.Vadim Borets, 7.Mahmud Qurbanov, 8.Ernad Skuliç, 14.Elvin Əliyev, 15.Cəmşid Məhərəmov, 20.Fabio Luis Ramim, 27.Bəxtiyar Soltanov, 32.Aleksey Savinov, 55.Georgi Adamiya
Ehtiyyat oyunçular: 1.Marko Şarliya, 5.Stanislav Baçev, 9.Georgi Demetradze, 11.Dragan Naçevski, 17.Ramazan Abbasov, 21.Aleksandar Tomaş, 33.Saşa Yunisoğlu
Baş məşqçi: Cokiça Hadziyevski


"Muğan" - "Qarabağ" 1:2
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov, Roman Vasilyev, Ceyhun Haşımov
Qollar: Sənan Qurbanov (49) - Rauf Əliyev (76), Artim Şakiri (87)

Oyun başa çatdı.

87. QOL. "Qarabağ" ikinci qolu vurdu. Artim Şakiri fərqləndi.
76. QOL. Rauf Əliyev hesabı bərabərləşdirdi.
71. Sedat Şahininin zərbəsi də dəqiq alınmadı. 
65. Emin daha bir şansı boşa verdi.
60. Emin İmaməliyev hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin o təkbətəkdən yararlana bilmədi.
49. QOLL. "Muğan" gözlənilmədən hesabı açdı. Sənan Qurbanov fərqləndi.
48. İkinci hissədə komandalar bir qədər sönük görünürlər. Mübarizə əsasən meydanın mərkəzində gedir.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
39. Meydan sahibləri daha bir qol şansını qaçırdılar. Sənan Qurbanov dəqiq oynaya bilmədi.
30. "Muğan" hesabı aça bilərdi. Lakin Fərhad Vəliyev inamlı oyunuyla rəqibin sevinməsinə mane oldu.  
21. Oyunda üstünlük "Qarabağ"ın tərəfindədir. "Muğan" isə arxaya çəkilərək, rəqibini əks-hücumda yaxalamağa çalışır.  
13. Şakiri daha bir şansı boşa verdi. Makedoniyalı futbolçu hələ ki, meydanda fəallığı ilə seçilir.
7. Oyuna "Qarabağ"a fəal başlayıb. Qonaqlar ilk dəqiqələrdə hesabı aça bilərdilər. Lakin Artim Şakiri əlverişli şansdan yararlana bilmədi.  
Oyun başladı. 




TURNIR CƏDVƏLİ 

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "İnter" 21 16 4 1 40-10 52
2. "Bakı" 21 16 2 3 46-10 50
3. "Simurq" 21 13 5 3 32-15 44
4. "Xəzər-Lənkəran" 21 13 4 5 40-15 43
5. "Qarabağ" 21 12 5 5 29-21 38
6. "Olimpik" 21 10 7 4 25-14 37
7. "Standard" 21 9 3 9 19-23 30
8. "Neftçi" 21 8 6 7 24-16 30
9. "Qəbələ" 21 7 6 8 24-16 27
10. "Karvan" 21 8 2 11 21-27 26
11."Muğan" 21 3 2 16 16-42 11
12. "Turan" 21 2 5 14 14-37 11
13. "Bakılı" 21 2 3 16 12-52 9
14. MOİK 21 1 2 18 10-49 5

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord