"Kocaelispor" "Beşiktaş"a uduzdu

"Kocaelispor" "Beşiktaş"a uduzdu
ÖLKƏ FUTBOLU 10 Aprel 2009 / 23:55 2891
-  A +

Təxminən 20 dəqiqədən sonra Türkiyə superliqasında XXVII tura start veriləcək. Qol.Az-ın məlumatına görə, turun açılış matçında həmyerlilərimiz - Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri “Kocaelispor” çempionluğa iddialı “Beşiktaş”ı qəbul edəcək. Artıq komandaların start heyətləri məlumdur. Gözlənildiyi kimi, milli komandamızın kapitanı Rəşad Sadıqov ilk dəqiqələrdən “Beşiktaş”a qarşı oynayacaq. Ramal Hüseynovun adı isə bu dəfə də “18-liy”ə salınmayıb.
Komandaların heyətləri:
“Kocaelispor”: Kılıçarslan, Ross, Muhammet, Rəşad Sadıqov, Ergün, Adem, Mazova, Levent, Murat Hacıoğlu, Agbetu, Taner
“Beşiktaş”: Rüştü, Ekrem Dağ, Sivok, Zapotocni, İbrahim Üzülmez, Holosko, Ernst, Uğur İnceman, Tello, Yusuf, Bobo
“İsmetpaşa” stadionunda oynanılacaq qarşılaşmanı Bülent idarə edəcək.
                                                ***
Oyuna fəal başlayan "Kocaelispor" artıq ikinci dəqiqəıdə hesabı açdı. Aqbetu fərqləndi. "Kocvaelispor" 1:0 hesabıyla irəlidədir.
                                                ***
Birinci hissə "Kocaelispor"un 1:0-lıq qələbəsi ilə tamamlandı. Onu da qeyd edək ki, Rəşadın qolunda Azərbaycanın bayrağı əks olunmuş sarğı var.
                                              ***
74-cü dəqiqədə "Beşiktaş" hesabı bərabədləşdirdi. Top Rəşadın əlinə dəydiyindən hakim penalti təyin etid. Zapotoçnı şansını qaçırmadı - 1:1.
                                             ***
85-ci dəqiqədə Boko ikinci qolu "Kocaelispor"un qapısından keçirdi.
                                             ***
Hesab artıq 3:1-dir. "Beşiktaş"ın üçüncü qolunu Yusuf Şimşək vurdu. 
                                            ***
Qarşılaşma başa çatdı. "Kocaelispor" "Beşiktaş"a 1:3 hesabıyla uduzdu. 90 dəqiqə meydanda olan Rəşad Sadıqov inamlı oyunuyla diqqət çəkdi.  

 

Daha çox


Son xəbərlər