“Bakı” lazımı sənədləri AFFA və PFL-ə göndərib

XƏBƏR 10 Aprel 2009 / 20:15 2273
-  A +

"Bakı" klubu əldə olunan qarşılıqlı anlaşma əsasında "Olimpik"in də eyni məzmunlu müraciətlə AFFA-ya məktub ünvanlamasını gözləyir. Klubun rəsmi saytının yaydığı məlumata görə, "Bakı" klubu "fair play" prinsiplərinin kobudcasına pozulması və bunun nəticəsində Azərbaycan futbolunun üzərinə ləkə düşməməsi, bu halın aradan qaldırılması naminə "Olimpik" - "Bakı" oyunun yenidən keçirilməsi barədə AFFA və PFL-ə müvafiq sənəd göndərib. 
"Olimpik" rəhbərliyi bunun müqabilində şərtlər irəli sürüb ki, bu da "Bakı" futbol klubu tərəfindən xoş məram kimi qəbul olunur. İndi artıq sözdən əmələ keçmək zamanıdır: "Olimpik" klubu şərtlərini də irəli sürməklə AFFA və PFL-ə rəsmi müraciət ünvanlamalıdır.
"Bakı" futbol klubunun rəsmi sənədi az əvvəl ANS kanalında efirə gedən "Bol futbol" verilişində klubun icraçı direktoru Yaşar Seyidov tərəfindən nümayiş etdirildi.
"Bakı" futbol klubu "Olimpik"in bütün şərtlərini qəbul edir və AFFA-nın qəbul edəcəyi qərara hörmətlə yanaşacağını bildirir. Ancaq, "Olimpik" tərəfdən belə bir sənəd indiyədək AFFA və PFL-ə təqdim olunmayıb.
Sözdən əmələ keçmək limiti isə tükənməkdədir, bu ləkənin "Olimpik" klubu, eyni zamanda da Azərbaycan futbolu üzərində qalmasını istəməyənlər tələsməlidirlər. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı