İspaniya La Liqası: "Barselona" ikinci məğlubiyyətini aldı

İspaniya La Liqası: "Barselona" ikinci məğlubiyyətini aldı
DÜNYA FUTBOLU 12 Fevral 2012 / 03:16 4444
-  A +

İspaniya La Liqasında XXII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Səfərdə "Santander"in qonağı olan "Atletiko" (Madrid) klubu rəqibi ilə bacarmayıb. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

"Barselona" isə bu tur əsl şok yaşayıb. İlk dövrədə 8:0 hesabı ilə qalib gəldiyi "Osasuna" klubu bu dəfə "Barselona"nı xalsız qoyub. Rəqibinə 3:2 hesabı ilə məğlub olan Kataloniya təmsilçisi turu məğlub başa vurub.

Günün son qarşılaşması isə "Betis" və "Atletik" (Bilbao) komandaları arsında baş tutub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Auqustonun 90-cı dəqiqədə vurduğu qol "Betis"ə qələbə qazandırıb.

Qeyd edək ki, XXII turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.


 

11 fevral

İspaniya La Liqasında XXII turun oyunları

"Santander" - "Atletiko" (Madrid) - 0:0

"Osasuna" - "Barselona" - 3:2
Qollar:
Lekiç, 5 (1:0), 22 (2:0), Sançez, 51 (2:1), Qarsiya, 56 (3:1), Tello, 73 (3:2)

"Betis" - "Atletik" (Bilbao) - 2:1
Qollar:
Martin, 10 (1:0), Martinez, 22 (1:1), Auqusto, 90 (2:1)

 


12 fevral

"Espanyol" - "Saraqoza"

"Rayo Vallekano" - "Qetafe"

"Malaqa" - "Malyorka"

"Valensiya" - "Sportinq" (Xixon)

"Vilyareal" - "Qranada"

"Real" (Madrid) - "Levante"

 

13 fevral

"Real" (Sosyedad) - "Sevilya"





S

Komandalar

O

Q

H

M

Xal

1.

“Real” (Madrid)

21

18

1

2

55

2.

“Barselona”

22

14

6

2

48

3.

“Valensiya”

21

10

7

4

37

4.

“Levante”

21

9

5

7

32

5.

“Espanyol”

21

9

5

7

32

6.

“Atletiko” (Madrid)

22

8

7

7

31

7.

“Osasuna”

22

7

10

5

31

8.

“Atletik” (Bilbao)

22

7

9

6

30

9.

“Malaqa”

21

8

4

9

28

10.

“Qetafe”

21

7

6

8

27

11.

“Sevilya”

21

6

8

7

26

12.

“Betis”

22

8

2

12

26

13.

“Rayo Vallekano”

21

7

4

10

25

14.

“Mallorka”

21

6

7

8

25

15.

“Qranada”

21

7

4

10

25

16.

“Real” (Sosyedad)

21

6

6

9

24

17.

“Santander”

22

4

11

7

23

18.

“Vilyareal”

21

5

8

8

23

19.

“Sportinq” (Xixon)

21

5

4

12

19

20.

“Saraqoza”

21

2

6

13

12



Son xəbərlər