Suarez Evraya əl uzatmadı (VİDEO)

VİDEO 12 Fevral 2012 / 02:27 3179
-  A +

İngiltərə Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilən "Mançester Yunayted" - "Liverpul" matçından (2:1) öncə maraqlı epizod yaşanıb. Qol.Az-ın məlumatına görə, oyundan öncə bir-birini salamlayan komandaların heyətində iki futbolçu yenidən diqqət mərkəzinə düşüb. "Liverpul"un uruqvaylı hücumçusu Luis Suarez "Mançester Yunayted"in müdafiəçisi Patris Evraya əl uzatmayıb. Buna isə Suaresin daha öncə keçirilən görüşdə məhz Evraya qarşı irqçi davranışı səbəbindən 8 oyunluq cəzalandırılması səbəb olub. Bu iki futbolçunun salamlaşmaması kameramanların da diqqətindən yayınmayıb. Həmin epizodu təqdim edirik:



Son xəbərlər