Şahin Diniyevin komandası bu dəfə heç-heçə oynadı

XƏBƏR 10 Aprel 2009 / 19:33 2112
-  A +

Bu gün Rusiya komandalarının əvəzedici heyətləri arasında keçirilən çempionatda dördüncü turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, milli komandamızın keçmiş çalışdırıcısı Şahin Diniyevin çalışdırdığı “Terek” “Rubin”lə qarşılaşıb. Qroznı şəhər stadionunda baş tutan qarşılaşma qolsuz tamamlanıb. Bu Diniyevin “Terek”in əvəzedicilərinin baş məşqçisi qismində ilk heç-heçəsidir. Əvvəlki 3 matçda iki qələbə qazanan “Terek” bir oyunda uduzub. 4 turdan sonra Diniyevin komandasının aktivində 7 xal var.    

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın