Artim Şakiri: “Millinin baş məşqçisi olacağam, amma...”

XƏBƏR 10 Aprel 2009 / 18:03 2289
-  A +

Makedoniya milli komandasının baş məşqçisi postuna namizədlərdən biri də hazırda “Qarabağ”da çıxış edən Artim Şakiridir. Təcrübəli futbolçu bu məsələ haqda “Qarabağ”ın rəsmi saytına açıqlama verib. Şakiri deyib: “Katanetsin istefasından sonra adımın baş məşqçi postunda çəkilməsi haqqında məlumatlar doğrudur. Amma mən heç kimə deməmişəm ki, milliyə görə futbolu, yəni “Qarabağ”ı atıb məşqçiliyə başlaram. Ölkəmdən mənə zəng vurmuşdular. Dedim ki, karyeramı bitirdikdən sonra millidə işləməyə hazıram. İlin sonuna qədər klubumla müqaviləm var. Mən “Qarabağ”ın futbolçusuyam. Qarşıda bizi vacib oyunlar gözləyir. Amma milli hamı üçün bir fəxrdir. Mən nə zamansa millinin baş məşqçisi olacam. Amma həmin gün hələ yetişməyib. Hələki, futbol oynamaqdan zövq alıram. “Qarabağ”la titul qazanmaq arzusundayam”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı