Arda Turanın sirri açıldı

Arda Turanın sirri açıldı
DÜNYA FUTBOLU 8 Fevral 2012 / 12:31 3583
-  A +

Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone türkiyəli futbolçu Arda Turanın fiziki durumunun istənilən durumda olmadığını, bu səbəbdən onu 90 dəqiqə oynatmadığını açıqlayıb.

Qol.Az-ın “Milliyyət” qəzetinə istinadən yaydığı məlumata görə, Simeone Ardaya özəl bir məşq proqramı hazırlandığını deyib.

Baş məşqçi Ardanın bir futbolçu kimi səviyyəsindən razı qaldığını ifadə edib: “Atletiko”da ilk mövsümünü keçirməsinə baxmayaraq, matçlarda əzmkarlıq edir, mübarizə aparır. Ancaq bunu 90 dəqiqə ərzində etdiyini deyə bilmərəm. O, Türkiyədə, “Qalatasaray”da yetərincə fiziki hazırlıq keçməyib”.

Qeyd edək ki, Simeonenin gəlişindən sonra müntəzəm olaraq əsas heyətdə yer alan Arda bununla yanaşı, hələ 90 dəqiqə meydanda olmayıb.


Son xəbərlər