"Sevilya"nın baş məşqçisi qovuldu

"Sevilya"nın baş məşqçisi qovuldu
DÜNYA FUTBOLU 7 Fevral 2012 / 01:03 2070
-  A +

Son turlar uğursuz çıxışı ilə diqqət çəkən "Sevilya" klubunun baş məşqçisi Qarsiya Toral Marselino komandadan qovulub.

Qol.Az-ın məlumatına görə, buna səbəb kimi isə "Sevilya"nın son 7 oyunda bir qələbə belə qazana bilməməsi göstərilir.

La Liqanın sonuncu turu çərçivəsində "Vilyareal"la keçirilən görüşdə "Sevilya"nın doğma azarkeşləri önündə rəqibinə 1:2 hesabı ilə məğlub olması rəhbərliyin səbr kasasını daşırıb.

Həmin oyunda sonra Marselino ilə yollarını rəsmən ayıran Əndəlusiya təmsilçisi artıq yeni məşqçi axtarışına başlayıb.

Qeyd edək ki, "Sevilya" 21 turdan sonra hazırda 26 xalla 11-ci pillədə qərarlaşıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı