İqor Ponomaryov: "Neftçi"nin lideri Zaur Tağızadədir"

İqor Ponomaryov: "Neftçi"nin lideri Zaur Tağızadədir"
MÜSAHİBƏ 9 Aprel 2009 / 20:21 4459
-  A +

“Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryovun Qol.Az saytına müsahibəsi



- “Neftçi”ylə oyunun hazırlığı necə gedir?
- Hazırlığımız normal gedir. “Neftçi”ylə oyuna hazırlaşırıq. Gündə iki dəfə məşq keçirik.
- Komandanın düşərgəsində ab-hava necədir?
- Hər şey yaxşıdır. Son turda “Standard”ı məğlub etdik. Bu qələbədən sonra komandanın düşərgəsində gözəl ab-hava hökm sürür. Çalışacağıq ki, “Standard”la oyunda olduğu kimi, “Neftçi”yə qarşı da baxımlı, gözəl oyun sərgiləyək.
- Heyələ bağlı hansısa probleminiz var?
- Bəzi futbolçuların zədəli olması məni narahat edir. Kamran Ağayevin meydana çıxmayacağı dəqiqdir. Qapıçımızın müalicəsi davam edir. Rəşad Abdullayev, Radukanu, Cambazovun da zədələri var. Onların “Neftçi”yə qarşı oynayıb-oynamayacaqları hələ məlum deyil. Həkimlər bu futbolçuları məsul oyuna yetişdirməyə çalışırlar.
- Uzun müddətdir zədəli olan Rəşad Abdullayevin durumu necədir?
- Rəşad Abdullayev artıq 1 həftədir ki, komanda ilə birgə məşq edir. Buna görə də ehtimal var ki, Rəşad “Neftçi”yə qarşı oynasın. Lakin hələ oyuna bir neçə gün var və buna görə də bu haqda dəqiq söz demək çətindir. Amma təbii ki, Rəşad Abdullayev “Neftçi”yə qarşı oynamasını istərdim.
- Yeni transfer Nadir Bencemanın zədəsi nə yerdədir? İsveçli futbolçu hələ də “Xəzər-Lənkəran”ın heyətində rəsmi oyunlarda debüt edə bilməyib?
- Nadir ciddi zədə almışdı. Bir müddətdir ki, bərpaetmə dövrü keçirdi. Artıq komandayla birgə məşqlərə başlayıb. Ola bilər ki, Bencema elə “Neftçi”ylə matçda debüt etsin. Lakin bu ehtimaldır. Qabaqcadan dəqiq söz demək olmaz.
- Rəqib haqda nə deyə bilərsiniz? “Neftçi” sizin üçün doğma komandadır. Karyeranızın böyük hissəsini məhz bu klubda keçirmisiniz.
- O vaxtkı “Neftçi”ylə indiki arasında böyük fərq var. “Neftçi” həqiqətən də mənə doğmadır. Amma bu dəfə onlara qarşı rəqib qisimndə mübarizə aparacağam. Mən hazırda “Xəzər-Lənkəran”ın baş məşqçisiyəm və indi məni yalnız bu komandanın uğuru maraqlandırır. Çalışacağıq ki, “Neftçi”ni məğlub etməklə azarkeşlərimizi də sevindirək. Bilirəm ki, “Xəzər-Lənkəran”ın “Neftçi”ylə oyunları hər zaman gərgin və maraqlı keçir. Budəfəki oyunun da istisna olmayacağı dəqiqdir.
- Rəqibin heyətində hansısa futbolçunu fərqləndirə bilərsiniz?
- “Neftçi”nin heyətində kifayət güclü futbolçular var. Amma mən “Neftçi”nin lideri qismində Zaur Tağızadəni görürəm. Zaur çox yaxşı futbolçudur. Ümumiyyətlə, “Neftçi”nin hər mövqeyində yaxşı oyunçular var. Məsəlçün hücumda Valentin Atemi çox bəyənirəm. Yarımmüdafiədə Elmar Baxşıyev uğurlu oyunuyla seçilir. Müdafiənin “dirəy”i isə Rail Məlikovdur.      

Daha çox


Son xəbərlər