İspaniya kuboku: "Barselona" Valensiyadan sülhlə ayrıldı

İspaniya kuboku: "Barselona" Valensiyadan sülhlə ayrıldı
DÜNYA FUTBOLU 2 Fevral 2012 / 03:12 3130
-  A +

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ikinci yarımfinal günündə daha bir qarşılaşma baş tutub.

La Liqada qonşu pillələrdə qərarlaşan "Valensiya" və "Barselona" klubları finala çıxmaq uğrunda ilk görüşə çıxıblar. Lakin görüşdə qalib müəyyənləşməyib.

Matçın 27-ci dəqiqəsində Conasın qolu ilə hesabda önə keçən "yarasalar"ın sevinci uzun çəkməyib. Qoldan 12 dəqiqə sonra Karlos Puyol hesaba tarazlıq gətirib.

"Barselona" 56-cı dəqiqədə penalti vurmaq hüququ qazansa da, Lionel Messi bundan yararlana bilməyib. Nəticədə komandalar meydandan sülhlə ayrılıblar - 1:1.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Barselonada keçiriləcək.

 

31 yanvar

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları

"Mirandes" - "Atletik" (Bilbao) - 1:2
Qollar:
Lorente, 17 (0:1), 27 (0:2), Lambarri, 90 (1:2)

 

1 fevral

"Valensiya" - "Barselona" - 1:1
Qollar:
Conas, 27 (1:0), Puyol, 35 (1:1)


Son xəbərlər