İspaniya kuboku: "Atletik" finala yaxınlaşdı

İspaniya kuboku: "Atletik" finala yaxınlaşdı
DÜNYA FUTBOLU 1 Fevral 2012 / 03:30 2554
-  A +

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.

"Atletik" (Bilbao) klubu səfərdə aşağı liqa təmsilçisi "Mirandes"lə qarşılaşıb. Bilbao təmsilçisi sensassiyaya imkan verməyib.

Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "Atletik" ikinci hissədə qapısında bir qol görüb. Lakin "Atletik" qələbə hesabını qorumağı bacarıb - 2:1.

Qeyd edək ki, digər yarımfinal cütündə bu axşam "Valensiya" və "Barselona" klubları üz-üzə gələcək.

 

31 yanvar

İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları

"Mirandes" - "Atletik" (Bilbao) - 1:2
Qollar:
Lorente, 17 (0:1), 27 (0:2), Lambarri, 90 (1:2)

 

1 fevral

"Valensiya" - "Barselona"

 


Son xəbərlər