Totti yeni rekorda imza atdı

Totti yeni rekorda imza atdı
XƏBƏR 22 Yanvar 2012 / 03:09 2171
-  A +

"Roma" klubunun kapitanı Françesko Totti yeni rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, italiyalı futbolçu "Çezena" ilə görüşdə vurduğu 2 qolla yalnız bir komandanın forması altında ən çox qol vuran oyunçu adını alıb.

Bununla da, vurduğu qolların sayını 211-ə çatdıran Totti 1949-1956-cı illərdə "Milan" klubunun isveçli futbolçusu Gunnar Nordahlın rekordunu təzələyib. Nordahl karyerası ərzində 210 qola imza atmışdı.

1992-ci ildən "Roma"nın şərəfini qoruyan Totti bu komandanın heyətində meydana çıxdığı 500-ə yaxın oyunda 211 qola imza atmaqla adını İtaliya futbol tarixinə yazdırmağı bacarıb.

Qeyd edək ki, "Roma" - "Çezena" matçı 5:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 

 

Daha çox


Son xəbərlər
17.11.18  02:10

Qol.az 10 yaşında!

16.11.18  16:10

Ramos 100-ə çatdı