İspaniya kuboku: "Valensiya"dan parlaq qələbə

İspaniya kuboku: "Valensiya"dan parlaq qələbə
DÜNYA FUTBOLU 20 Yanvar 2012 / 03:02 2619
-  A +

İspaniya kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha bir qarşılaşma baş tutub.

La Liqasının üçüncüsü "Valensiya" klubu öz meydanında bu mövsümün sürpriz komandalarından olan "Levante" ilə qarşılaşıb. Görüş kifayət qədər maraqlı və məhsuldar alınıb.

Fasiləyə qədər 3 qol vuran "yarasalar" ikinci hissədə daha bir dəfə rəqibini məyus etməyi bacarıb. Nəticədə 4:1 hesabı ilə qələbə qazanan "Valensiya" demək olar ki, cütün taleyini həll edib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra keçiriləcək.

 

17 yanvar

İspaniya kubokunda 1/4 final oyunları

"Espanyol" - "Mirandes" - 3:2
Qollar:
Arroyo, 28 (0:1), İnfante, 78 (0:2), Veiss, 85 (1:2), Fronte, 87 (2:2), Verdu, 89 (3:2)

 

18 yanvar

"Atletik" (Bilbao) - "Malyorka" - 2:0
Qollar:
Lorente, 35 (1:0), Muniain, 59 (2:0)


"Real" (Madrid) - "Barselona" - 1:2
Qollar:
Ronaldo, 11 (1:0), Puyol, 49 (1:1), Abidal, 77 (1:2)

 

19 yanvar

"Valensiya" - "Levante" - 4:1
Qollar:
Conas, 24 (1:0), Soldado, 31 (2:0), Kone, 37 (2:1), Piatti, 45 (3:1), Kosta, 90 (4:1)

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın