"Bu, özümüzü təsdiq etməyimiz üçün gözəl şansdır"

"Bu, özümüzü təsdiq etməyimiz üçün gözəl şansdır"
XƏBƏR 14 Yanvar 2012 / 20:09 1778
-  A +

"Neftçi" klubunun təlimlərinə cəlb olunmuş əvəzedici komandanın qapıçısı Əyyub Əliyev hazırlıqlarla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən Əliyev bu haqda belə danışıb:

"Keçən il də hazırlıqlarımızı burada keçmişdik. Klub rəhbərliyi və məşqçilərimizə təşəkkür edirəm ki, bu şəraiti bizə yaradırlar. Antalya təlimləri özümüzü təsdiq etməyimiz üçün gözəl şansdır. Rauf Mehdiyev və Saşa Stamenkoviç kimi təcrübəli qapıçılarla bir yerdə hazırlıq keçmək xeyrimizədir".


Son xəbərlər