"Yaxın gələcəkdə onlarla başa-baş oynaya biləcəyik"

"Yaxın gələcəkdə onlarla başa-baş oynaya biləcəyik"
XƏBƏR 14 Yanvar 2012 / 20:07 1777
-  A +

"Neftçi" klubunun Antalya təlimlərinə cəlb olunmuş qapıçı Rəşad Əzizlinin hazırlıqla bağlı fikirləri bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Əzizli bu haqda belə danışıb:

"Var qüvvəmizlə çalışırıq ki, bizi bəyənib əsas komandada saxlasınlar. Əvəzedici komandanın istənilən üzvünün hədəfi əsas heyətə düşməkdir. Belə məşqlərin faydasını müəyyən vaxtdan sonra görəcəyik.
 
Qapıçılar üzrə məşqçimiz Neboyşa Manoyloviç təcrübəli mütəxəssisdir. Bizi əsas heyətin qapıçıları ilə rəqabət aparmağa ruhlandırır. Fikrimcə yaxın gələcəkdə onlarla başa-baş oynaya biləcəyik".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi