"İnanıram ki, məşqçilər heyəti mənə də şans verəcək"

"İnanıram ki, məşqçilər heyəti mənə də şans verəcək"
XƏBƏR 14 Yanvar 2012 / 20:03 1662
-  A +

"Neftçi" klubunun qapıçısı Elçin Sadıqov hazırlıqlarla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Sadıqov bu haqda danışıb:

"Hazırlığımızı davam etdiririk. Səhər məşqimiz fiziki hazırlıqlar üzərində qurulub. Axşam isə toplu çalışmaları yerinə yetiririk. Qarşıda bizi yoldaşlıq oyunları və beynəlxalq turnir də gözləyir. İnanıram ki, bu qarşılaşmalarda məşqçilər heyəti mənə də şans verəcək. Bizim öhdəmizə düşən odur ki, məşq edək və şansımızı gözləyək".

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki