Rauf Mehdiyev: "İstəyirik ki, bu yeri sona kimi qoruyaq"

Rauf Mehdiyev: "İstəyirik ki, bu yeri sona kimi qoruyaq"
XƏBƏR 14 Yanvar 2012 / 18:55 1489
-  A +

"Neftçi" klubunun qapıçısı Rauf Mehdiyev Antalyadakı təlim-məşq toplanışı haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Mehdiyev bu barədə belə danışıb:

"Hazırlığın bu mərhələsi formada qalmağımız üçün lazımdır. Qış fasiləsinə lider mövqeyində yollanmışıq və istəyirik ki, bu yeri sona kimi qoruyaq.

Əvəzedicilərdən də 2 qapıçı- Əyyubla, Rəşad bizimlə məşqlərə qoşulub. Onlar üçün də bu bir stimuldur. Hər ikisində potensial var və daim çalışsalar istədikləri səviyyəyə gələcəklərinə inanıram".

 


Son xəbərlər