"Mançester Siti"nin hücumçusu Fransa yolunda

"Mançester Siti"nin hücumçusu Fransa yolunda
XƏBƏR 14 Yanvar 2012 / 16:19 2238
-  A +

"Mançester Siti" klubunun qalmaqallı futbolçusu Karlos Tevezə daha bir komanda "elçi" düşüb.

Qol.Az-ın məlumatına görə, "İnter" və "Milan"ın ardından Fransanın PSJ klubu da argentinalı futbolçunu transfer etmək niyyətindədir.

Paris təmsilçisi Tevez üçün 10 milyon avro ödəməyə hazırdır. Tərəflər razılığa gələcəyi təqdirdə, 27 yaşlı futbolçunun PSJ-yə keçidi rəsmiləşəcək.

Qeyd edək ki, PSJ-dən öncə Tevezlə maraqlanan "Milan"ın "Mançester Siti" rəhbərliyi ilə anlaşa bilmədiyi söylənilir.  


Son xəbərlər