"Nyukasl"ın futbolçusu "Qalatasaray"a doğru

"Nyukasl"ın futbolçusu "Qalatasaray"a doğru
XƏBƏR 14 Yanvar 2012 / 14:27 2631
-  A +

"Nyukasl" klubunun hücumçusu Hatem Ben Arfa karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, fransız futbolçu "Qalatasaray"ın maraq dairəsinə düşüb.

Hücum xəttinə futbolçu axtarışlarını davam etdirən "Cim Bom"un baş məşqçisi Fatih Terim Ben Arfanı icarəyə götürmək istədiklərini bildirib:

"Hatem çox istedadlı futbolçudur. Əgər "Nyukasl" istədiyimiz rəqəmi qəbul edərsə, Ben Arfanı icarəyə götürəcəyik. O, bizə "play-off" oyunlarında lazım olacaq".

Bu mövsüm zədə səbəbindən əsas heyətdən kənarda qalan 24 yaşlı futbolçunun da "Nyukasl"dan ayrılmaq istədiyi bildirilir. "Qalatasaray"ın Ben Arfa üçün nə qədər pul təklif edəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, yarımmüdafiə və hücum xəttində inamlı təsir bağışlayan futbolçu bu mövsüm meydana çıxdığı 13 oyunda 2 qol vurarkən, 2 dəfə də məhsulda ötürmə ilə yadda qalıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı