Millimiz turnirə qələbə ilə başladı

Millimiz turnirə qələbə ilə başladı
ÖLKƏ FUTBOLU 14 Yanvar 2012 / 20:58 3521
-  A +

Bu gün Bakıda sayca V Bakı Beynəlxalq Futzal Turnirinə start verilib.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
 
4 komandanın iştirakı ilə keçiriləcək turnirin açılış oyunu Ukrayna və Türkiyə yığmaları arasında keçirilib. Görüş 5:1 hesabı ilə Ukrayna millisinin xeyrinə başa çatıb.

Daha sonra isə meydana Azərbaycan milli komandası çıxıb. Joze Alesio Da Silvanın komandası Özbəkistan yığması ilə qarşılaşıb. İlk hissənin sonlarında hesabda geri düşən millimiz az sonra cavab qolunu vurub. İkinci hissədə daha 2 dəfə fərqlənən komandamız sonda 3:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, milli komandamız sabah Ukrayna yığması ilə qarşılaşacaq. 



14 yanvar

Bakı Beynəlxalq Futzal Turniri
 
17:15. Ukrayna - Türkiyə - 5:1

19:15. Azərbaycan - Özbəkistan - 3:2
Qollar: 
A.Yunusov (0:1), Borisov (1:1), Alveş (2:1), Şarifov (2:2), Borisov (3:2) 

Daha çox


Son xəbərlər