"Neftçi" Rusiya və Almaniya klubları ilə qarşılaşacaq

"Neftçi" Rusiya və Almaniya klubları ilə qarşılaşacaq
XƏBƏR 14 Yanvar 2012 / 11:07 1804
-  A +

"Neftçi" klubunun əvəzediciləri qış fasiləsi zamanı Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri "Neftçi"nin hazırlıq prosesi yanvarın 19-dan fevralın 3-dək baş tutacaq.
 
Əvəzedicilər Antalyada 3 yoxlama matçı keçirəcək. Artıq rəqiblər də müəyyənləşib. "Neftçi" yanvarın 25-də Moskva "Dinamo"sunun əvəzediciləri, 28-də isə Rumıniyanın U-21 yığması ilə qarşılaşacaq. "Neftçi" sonuncu yoxlama görüşünü isə fevralın 2-də keçirəcək. Həmin gün komandanın rəqibi Almaniyanın 3-cü Bundesliqa klublarından biri olacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı