"Dinamo"ya keçdi, ən bahalı futbolçu oldu

"Dinamo"ya keçdi, ən bahalı futbolçu oldu
XƏBƏR 14 Yanvar 2012 / 03:52 2678
-  A +

Rusiyanın "Anji" klubunda forma geyinən Balaş Zudzak rekord məbləğə Moskva "Dinamo"suna transfer olunub.

Qol.Az-ın məlumatına görə, macarıstanlı futbolçu artıq yeni klubu ilə müqavilə də imzalayıb.

19 milyon avro müqabilində "Dinamo"ya transfer olunan Zudzak Moskva klubuna keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib.

Bu transferlə Zudzak eyni zamanda Macarıstan futbol tarixinin ən bahalı oyunçusu adına da yiyələnib. Gənc futbolçunun "Dinamo"da ilinə 5 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Zudzak ötən mövsüm 14,5 milyon avro müqabilində Rusiyanın "Anji" klubuna transfer olunmuşdu.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın