"Ronaldonun azarkeşlərlə heç bir problemi yoxdur"

"Ronaldonun azarkeşlərlə heç bir problemi yoxdur"
XƏBƏR 14 Yanvar 2012 / 02:48 1843
-  A +

"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas komanda yoldaşı Kriştiano Ronaldonun Madrid azarkeşləri ilə heç bir probleminin olmadığını bildirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli qapıçı azarkeşlərin Ronaldodan çox şey gözlədiyini və portuqaliyalı ulduzun da işinin öhdəsindən layiqincə gəldiyini vurğulayıb:

"Ronaldonun azarkeşlərlə heç bir problemi yoxdur. O, hər zaman meydanda var gücünü ortaya qoyur. Hər şeyin ən yaxşısı üçün çalışır. "Real" azarkeşləri də məhz buna görə ondan maksimum nəticə gözləyirlər.

Çünki Ronaldo çox istedadlı futbolçudur. Komandası və özü üçün daha çox çalışmasına baxmyaraq, futbolçu azarkeşlərin təzyiqi ilə üzləşir. Bu isə doğru deyil. Ronaldonun istedadına şübhə ilə yanaşmaq ədalətsizlik olar".

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı