Azərbaycan qış olimpiadasından kənarda qaldı

Azərbaycan qış olimpiadasından kənarda qaldı
XƏBƏR 14 Yanvar 2012 / 02:16 1768
-  A +

Yanvarın 13-də Avstriyanın İnsbruk şəhərində Yeniyetmələr arasında I Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
 
Qol.Az-ın məlumatına görə, 9 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı heç bir idmançı təmsil etməyəcək.

Hazırda İnsbrukda olan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bunu aşağı yaş qrupu üzrə təmsilçimizin olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, hələlik ölkəmizdə qış idman növlərinin inkişafı üçün lazımi infrastruktur formalaşmayıb:

"Bu səbəbdən, yalnız xarici ölkələrdə hazırlıq keçən legionerlərin xidmətindən yararlanırıq. Lakin onlar yeniyetmələr yox, böyüklərdən ibarətdir. Ona görə də İnsbrukda heç bir təmsilçimiz çıxış etməyəcək".

Qeyd edək ki, Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 15 növ üzrə 63 dəst medal sahibini tapacaq (Lent.az).


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı