Ser Aleks Fergüsson öz kumirlərinin adını açıqladı

Ser Aleks Fergüsson öz kumirlərinin adını açıqladı
XƏBƏR 14 Yanvar 2012 / 01:53 2020
-  A +

İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi Aleks Fergüsson öz kumirlərini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, şotlandiyalı mütəxəssis “Eurosport”a müsahibəsində məşhur futbolçu həmyerlisi Denis Lou, amerikalı boksçu Məhəmməd Əli və ABŞ-ın 35-ci prezidenti Con Kennedinin adını çəkib.

Fergüssonun fikrincə, Lou Şotlandiya futboluna ən yaxşı oyunçu kimi ərz olunub: “O, “Mançester Yunayted”də 11 mövsüm, daha dəqiqi, 1962 – 1973-cü illərdə çıxış edib, 1964-cü ildə 200-dən çox qol vuraraq “Qızıl top” qazanıb, 2 dəfə İngiltərə çempionluğu, ölkə kuboku və Çempionlar Kubokunu əldə edib”.

71 yaşlı mütəxəssis kinoya gedərək, gecə saat 3-4-də Məhəmməd Əlinin döyüşlərindən birbaşa yayımlara baxdığını da yaxşı xatırlayır. Kennediyə gəldikdə, ser Aleks onun ABŞ tarixindəki xüsusi rolunu qeyd edir.

Fergüsson amerikalı müğənni Frenk Sinatra və öz həmyerlisi, Həmkarlar İttifaqı xadimi Cimmi Ridin istedadı ilə fəxr edir. Yeri gəlmişkən, o, ötən il Ridin dəfnində şəxsən iştirak edib.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord