Məşhur futbolçunu silahla soydular

Məşhur futbolçunu silahla soydular
GÜNDƏM 14 Yanvar 2012 / 01:15 2475
-  A +

Türkiyənin “Beşiktaş” klubunun portuqaliyalı futbolçusu Rikardo Quarejma silahlı soyğuna məruz qalıb.

Qol.Az-ın məlumatına görə, hadisə Portuqaliyanın paytaxtı Lissabonda baş verib.

Zədə üzündən vətənində olan Quarejmanın avtomobilini maska taxan 3 silahlı şəxs dayandırıb. Onlar futbolçudan 25 min avro nəğd pul və bəzi dəyərli əşyalar alıblar.

29 yaşlı yarımmüdafiəçi üst-üstə 44 min avro ziyana düşüb. Hadisə vaxtı avtomobildə Quarejmanın İspaniya “Valensiya”sında çıxış edən həmyerlisi Migel də olub.

Hər iki oyunçu polisə şikayət etsə də, soyğunçular hələ də tapılmayıb.

Daha çox


Son xəbərlər