Eto'O təqaüdə "Anji"də çıxacaq

Eto
XƏBƏR 14 Yanvar 2012 / 00:58 1716
-  A +

Rusiyanın “Anji” klubunun futbolçusu Samuel Eto'O karyerasını başa vuracağı tarixi və komandanın adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, kamerunlu hücumçu Mahaçqala təmsilçisinə hələ uzun müddət kömək edəcəyini bildirib.

Eto'O “Anji”də onu hər şeyin qane etdiyini söyləyib: “Bilirəm ki, bəzi KİV-lər mənim bu klubdan getmək istədiyimi yazırlar. Lakin bu, tamamilə həqiqətə uyğun deyil. “Anji”də xoşbəxtəm və bu komanda ilə böyük qələbələrə nail olmaq niyyətindəyəm.

O cümlədən, qismət olsa, Çempionlar Liqasında. Ümumiyyətlə, “Anji”dən getməyi bir an da düşünməmişəm. Üstəlik, karyeramı elə hazırkı klubumda başa vurmaq niyyətindəyəm. Daha 6 il oynayacaq və 36 yaşımda butslarımı mismardan asacağam”.

Qeyd edək ki, Samuel Eto'O “Anji”yə 2011-ci il avqustun 24-də İtaliya “İnter”indən 21 milyon avroya keçib. O, Mahaçqala klubu ilə 3 illik müqavilə bağlayıb. Bu anlaşma qarşılığında Eto'O hər mövsümdə 10 milyon avro qazanacaq. Martın 10-da 31 yaşı tamamlanacaq forvard “Anji”nin heyətində indiyədək 11 oyuna 8 qol vurub.


Son xəbərlər