Rəşad Abdullayev: "Liderliyimizi sona kimi qoruyacağıq"

ÖLKƏ FUTBOLU 14 Yanvar 2012 / 00:04 1889
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev komandasının hazırlıq prosesini dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Abdullayev bu haqda belə danışıb:

"Çempionatdakı çıxışımız hazırlıq dönəmini nə səviyyədə keçirməyimizdən asılı olacaq. Təlim məşq toplanışı başlayandan, səhərlər fiziki məşqlər edirik. Axşamlar isə əsasən toplu çalışmalara üstünlük verilir. Fiziki cəhətdən yüklənməyimiz normaldı.

Belə olduqda futbolçu çempionat oyunlarında özünü daha rahat hiss edir. İnanıram ki, hazırlığı ən yüksək səviyyədə başa vurub, çempionatdakı liderliyimizi sona kimi qoruyacağıq". 

Daha çox


Son xəbərlər