"Bizə bəslənən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik"

"Bizə bəslənən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik"
XƏBƏR 14 Yanvar 2012 / 00:03 1570
-  A +

"Neftçi" klubunun əvəzedici heyətindən əsas komandanın Antalyadakı təlim-məşq toplanışına cəlb olunmuş Elşən Abdullayev bununla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Abdullayev bu haqda belə danışıb:

"Əvəzedici komandaya baxanda əsas komanda ilə məşq etmək bir az çətindir. Həm də uyğunlaşmaq üçün bəzən zamana ehtiyac olur. Çalışıram ki, gün-gündən özümü daha yaxşı tərəfdən göstərim.

Əsas komandanın düşərgəsinə davamlı çağırılmaq üçün fasiləsiz məşq etmək lazımdı. Komanda rəhbərliyinə, məşqçilərimizə minnətdarlığımızı bildiririk ki, biz gənclərə belə şəraitdə hazırlıq keçmək imkanı yaradır. Bizə bəslənən etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı