"Əsas hədəfimiz premyer liqanı qalib başa vurmaqdır"

"Əsas hədəfimiz premyer liqanı qalib başa vurmaqdır"
PREMYER LİQA 14 Yanvar 2012 / 00:01 3382
-  A +

"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov komandasının hazırlıq prosesini dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən gənc futbolçu bu haqda belə danışıb:

"Məşqlər başlanandan ikiqat səylə çalışırıq. Qarşıda yoldaşlıq oyunlarımız və beynəlxalq turnir var.

Bu matçlarda gözəl oyun nümayiş etdirib, yaxşı nəticə qazanmaq və əsas heyətdə möhkəmlənmək niyyətindəyəm. Bunula belə əsas hədəfimiz premyer liqanı qalib başa vurmaqdır."


Son xəbərlər