Qvardiola: "Real"la oyunlar dünyanın sonu deyil"

Qvardiola: "Real"la oyunlar dünyanın sonu deyil"
XƏBƏR 13 Yanvar 2012 / 16:19 2080
-  A +

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola İspaniya kubokun 1/4 finalında qarşılaşacaqları "Real" (Madrid) oyunu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Qvradiola bu derbinin çox həyəcanlı keçəcəyini bildirib:

"Real"la yenidən qarşılaşmağımız azarkeşlər üçün böyük bayramdır. Çox həyəcanlı bir oyun olacaq. "Real" güclü komandadır və ən böyük rəqibimizdir.

Bununla belə, harada oynamağımızdan asılı olmayaraq, meydana yalnız qələbə üçün çıxacağıq. Kubok oyunları dünyanın sonu deyil. Burada qalib gəlmək də olar, məğlub olmaq da. Ancaq La Liqa bizim üçün daha fərqli yarışdır".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı