“İstəsəm, qoyun ferması açaram, istəsəm, toyuq fabriki. Kimə nə?!”

“İstəsəm, qoyun ferması açaram, istəsəm, toyuq fabriki. Kimə nə?!”
MÜSAHİBƏ 13 Yanvar 2012 / 15:16 4947
-  A +

“Qəbələ” klubunun kapitanı Mahir Şükürovun Qol.Az saytına müsahibəsi

- Komandanız artıq qış fasiləsində məşqlərə başlayıb. Hazırlıq prosesi necə gedir?

- Yanvarın 9-dan etibarən bir yerə toplaşmışıq. Etrtəsi gün təlim-məşq prosesinə start verildi. Məşqlərdə zədə üzündən Vurğun Hüseynov iştirak edə bilmir. Digər oyunçu Viktor Mendi icazəli olduğu üçün  hələ vətənindən qayıtmayıb. Əvəzedici heyətdən də bir neçə futbolçu əsas komandanın məşqlərində iştirak edir. Ümumiyyətlə, komandada əhval-ruhiyyə yüksəkdir.

- "Qəbələ"nin yeni futbolçusu Yannik Kamanan haqda deyərdin?

- Artıq bir-birimizlə tanış olmuşuq. Bildiyimə görə, bir çox səviyyəli klubda çıxış edib. Bizim qarşıdakı çətin oyunlarda belə bir təcrübəli hücumçuya ehtiyacımız vardı. Məşqdə yaxşı futbolçu olduğu hiss olunur.  İnanıram ki, onun komandamıza çox köməkliyi dəyəcək.
 
- Fransız oyunçu xüsusi olaraq hansı kefiyyətləriylə seçilir?

- Əvvəla, sürətlidir və topla çox gözəl davranır. Birdə ki, səviyyəli futbolçu olmasaydı, Türkiyə Super Liqasında oynamazdı. Fiziki hazırlığının hansı səviyyədə olduğunu isə yaxın zamanda biləcəyik. Ancaq, ilk baxışdan çox güclü futbolçu təəsüratı bağışladı.

- Bir kapitan kimi, komandanın daha hansı mövqelərinin güclənməsinə ehtiyac görürsən?

- Hər bir mövqe üçün iki futbolçu olsa, rəqabət bir o qədər güclü olar. Yəni heç bir futbolçu öz mövqeyində əvəzolunmaz olduğunu düşünməməlidir. Şükür Allaha, bizdə bu sarıdan problem yoxdur. Bizim bir hücum da problemlərimiz vardı ki, onu da həll etdik.

- Turnir cədvəlinin altıncı pilləndə olsanız da, ən yaxın izləyicilərinizlə xal fərqiniz çox azdır.

- Düzdü, qarşıda bizi çox çətin dörd oyun gözləyir. Lakin nə olursa olsun, biz “altılğ”a düşməyə borcluyuq. Əgər məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilsək, istəyimizə çata bilərik.

- Bir çox futbolçu həm də bizneslə məşğul olur. Sənin də toyuq fabrikinin olduğu deyilir.

- Bəli, doğru məlumatdır. Ancaq mən fabriki indi deyil, çoxdan açmışam. Birdə ki, mən özüm bu işlə məşqul olmuram. Bunu başqa bir etibar etdiyim insana tapşırmışam. Bu təbii şeydir. Çünki futbolçu karyerası çox qısa da ola bilər. Elə bir zədə ala bilərsən ki, futbolla birdəfəlik vidalaşarsan. Bu üzdən gələcəyimi fikirləşərək belə etmək qərarına gəldim. Burada ayıb bir şey yoxdur. Heç kimə əl açıb demirəm ki, mənə kömək et. Halal yolla öz pulumu qazanıram. Bəzi insanlar bunu müzakirə mövzusuna çeviriblər. Həmin adamlara bildirmək istərdim ki, gedib öz işləriylə məşqul olsunlar. İstəsəm, qoyun ferması açaram, istəsəm, toyuq fabriki. Kimə nə?! Sabah futboldan uzaqlaşsam heç kəs mənə gətirib pul verməyəcək.  Ona görə də öz gələcəyimi düşünürəm. Düzü, bu fabriki mənə doğma dayım pay verib. Bizneslə bağlı başqa bir planlarım da var. Amma bu barədə hələ danışmaq istəməzdim.

- Bəlkə ucundan-qulağından məlumat verəsən?

- İnşallah, o işdə fabriklə əlaqəli olacaq. Bu məsələylə bağlı Türkiyəylə danışıqlar gedir. Qismət olsa, geyim fabriki açmağı düşünürəm. İşləri də, qardaşım aparacaq.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər