AFFA İcraiyyə Komitəsi legioner limitini azaltmağa toplaşır

AFFA İcraiyyə Komitəsi legioner limitini azaltmağa toplaşır
GÜNDƏM 13 Yanvar 2012 / 12:02 2961
-  A +

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Qol.Az-ın qurumunn rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda AFFA-nın növbəti Konfransının vaxtının müəyyənləşdirilməsi, legioner limiti – Unibank Premyer Liqasında çıxış edən klubların heyətində 21 yaşadək 1 futbolçunun meydanda olmasının və bununla əlaqədar, legioner limitinin 7+4 şəklində təklifi, müzakirəsi, AFFA-nın İntizam Komitəsinin «Turan» klubu ilə bağlı müraciəti müzakırə olunacaq.

Qeyd edək ki, İntizam Komitəsinin AFFA İcraiyyə Komitəsinə müraciətində maliyyə çətinliyi içində olan "Turan"ın çempionatda çıxışlarının dayandırılması məsələsi yer alıb.

Yeri gəlmişkən, iclas yanvar ayının 17-də, saat 10:00-da baş tutacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı