UEFA milli futbolçunu 4 illik cəzalandıra bilər

UEFA milli futbolçunu 4 illik cəzalandıra bilər
XƏBƏR 13 Yanvar 2012 / 03:09 2179
-  A +

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Viktoriya" (Plzen) - BATE matçından sonra dopinq qalmaqalının yaşanması haqda xəbər vermişdik.

Qol.Az-ın məlumatına görə, "Viktoriya" klubunun müdafiəçisi David Bıstronun qanında qadağan olunmuş preparat aşkarlanıb.

Bu məsələ ilə bağlı araşdırmaya başlayan UEFA İntizam Komitəsinin 29 yaşlı futbolçuya ağır cəza verəcəyi gözlənilir. Çexiya millisinin üzvü 4 illik futboldan kənarlaşdırla bilər.

Bu isə "Viktoriya" klubu ilə yanaşı, Çexiya millisi üçün də ciddi itki olacaq. Bıstron 4 illik cəzalandırılacağı təqdirdə, futbolçu bu ilin yayında Ukrayna və Polşada keçiriləcək Avropa çempionatında da Çexiya millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, BATE ilə görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən Çexiya təmsilçisi H qrupunu 3-cü pillədə bitirərək Avroliqaya vəsiqə qazanmışdı.


 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı