Çin klubundan Kakaya fantastik təklif

Çin klubundan Kakaya fantastik təklif
XƏBƏR 13 Yanvar 2012 / 02:21 2068
-  A +

"Çelsi"dən Nikolya Anelkanı transfer etməklə diqqətləri üzərinə çəkən Çinin "Sanxay Şenhua" klubu növbəti hədəfini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Çin təmsilçisi bu dəfə "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Kakaya "elçi" düşüb.

"Şanxay Şenhua" braziliyalı futbolçu üçün fantastik təklif irəli sürüb. Çin klubu Kakaya ilinə 9 milyon avro ödəməyə hazır olduğunu bəyan edib.

"Çelsi"nin də transfer hədəfində olan Kakanın bu təklifə necə cavab verəcəyi böyük maraqla gözlənilir. "Real"ın baş məşqçisi Joze Mourinyo daha öncə verdiyi açıqlamasında Kakanın özünün istədiyi təqdirdə, onun komandadan ayrılmağına icazə verəcəyini bildirmişdi.

Qeyd edək ki, bu mövsüm 13 oyunda forma geyinən Kaka yalnız 6 görüşdə start heyətində meydana çıxıb. 29 yaşlı futbolçu bu rəqabətdə "Real"ın türk əsilli oyunçusu Məsut Özilə uduzur. 


Son xəbərlər