Türkiyə kuboku: "Fənərbaxça" növbəti mərhələdə

Türkiyə kuboku: "Fənərbaxça" növbəti mərhələdə
XƏBƏR 13 Yanvar 2012 / 01:53 1767
-  A +

Türkiyə kubokunda III mərhələnin oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 2 qarşılaşma baş tutub.

Səfərdə "Rizespor"un qonağı olan "Qaziantepspor" rəqibi ilə bacarmayıb. Fasiləyə məğlub yollanan Superliqa təmsilçisi ikinci hissədə də dönüş yarada bilməyib - 2:3.

Bununla da, daha bir Superliqa klubu kubokdan kənarlaşdırılıb. Qeyd edək ki, "Qaziantepspor" kubokla vidalaşan 6-cı Superliqa klubu olub.

"Fənərbaxça" klubu isə bu mərhələdə doğma azarkeşləri önündə "Konya Torku Şəkərspor"u qəbul edib. Fasiləyə 1:0 üstün yollanan İstanbul təmsilçisi ikinci hissədə daha 3 dəfə fərqlənib.

Bu görüşdə "sarı-lacivərlilər"in kamerunlu hücumçusu Bienvenü het-trik etməsi ilə yadda qalıb. Nəticədə 4:1 hesabı ilə qələbə qazanan "Fənərbaxça" növbəti mərhələyə adlayıb.

 

10 yanvar

Türkiyə kubokunda III mərhələnin oyunları

"Bursaspor" - "Şanlıurfaspor" - 4:1
Qollar:
Ərdoğan, 8 (1:0), Bahadır, 18 (2:0), 30 (4:1), Əziz, 27 (3:0), Depe, 28 (3:1)

"Qalatasaray" - "Adana Dəmirspor" - 4:1
Qollar:
Akman, 17 (1:0), Baytar, 37 (2:0), Yıldırım, 41 (3:0), 67 (4:0), Evirgen, 74 (4:1)

 

11 yanvar

"Boluspor" - "Gənclərbirliyi" - 3:2
Qollar:
Orxan AK, 49 (1:0), 117 (3:2), Öztəkin, 90 (1:1), Kiraz, 99 (2:1), Herve Tum, 113 (2:2)

"Eyubspor" - "Eskişehirspor" - 2:3
Qollar:
Esen, 52-pen (1:0), 55 (2:0), Dieqo, 76 (2:1), Eser, 83 (2:2), Pele, 88 (2:3)

"Akhisar Bələdiyyə Gənclik və Spor" - "Kayserispor" - 0:1
Qol:
Kuyoviç, 76 (0:1)

"Qaziosmanpaşa" - "Antalyaspor" - 1:3
Qollar:
Özeren, 13 (1:0), Radelyiç, 24 (1:1), 52 (1:2), Özer, 72 (1:3)

"Buqsaspor" - "Manisaspor" - 2:1
Qollar:
Makukula, 19 (0:1), Çətin, 43 (1:1), Cökmüş, 48-avtoqol (2:1)

"Karabükspor" - "Unyespor" - 2:0
Qollar:
Taskıran, 7 (1:0), Kisa, 17 (2:0)

"Trabzonspor" - "Güngören" - 2:0
Qollar:
Alanzinyo, 11 (1:0), Kaya, 61 (2:0)

"Mersin İdmanyurdu" - "Sivasspor" - 1:3
Qollar:
Kaya, 15 (1:0), zkara, 33 (1:1), Kavuk, 96 (1:2), Eneramo, 105 (1:3)

"Adanaspor" - "İstanbul BB" - 1:2
Qollar:
Salmaz, 58 (1:0), Akan, 66 (1:1), Velinqton, 108 (1:2)

"Ankaragücü" - "Kasımpaşa" - 2:6
Qollar:
Evci, 4 (1:0), Taşçı, 8-avtoqol (1:1), Çolak, 29 (1:2), Kanak, 34 (2:2), Buyuk, 54 (2:3), 75 (2:4), 90 (2:6), Aygünəş, 78 (2:5)

"Beşiktaş" - "Qaziantep BB" - 2:0
Qollar:
Kavlak, 2 (1:0), Fernandez, 73 (2:0), Aslanoğlu, 84 (2:1)

"Samsunspor" - "Orduspor" - 0:0 (penaltilər seriyası - 4:2)


 
12 yanvar
 
"Rizespor" - "Qaziantepspor" - 3:2
Qollar:
Yallov, 20 (1:0), Demir, 48 (1:1), Zeqiri, 59 (2:1), Tatan, 77 (3:1), Tosun, 88 (3:2)

"Fənərbaxça" - "Konya Torku Şəkərspor" - 4:1
Qollar:
Bienvenü, 10 (1:0), 83 (3:0), 85 (4:0), Aleks, 73 (2:0), Koç, 89 (4:1)

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı