Rail Məlikov: "Əziyyətimizin bəhrəsi çempionluq olacaq"

Rail Məlikov: "Əziyyətimizin bəhrəsi çempionluq olacaq"
XƏBƏR 13 Yanvar 2012 / 00:06 1333
-  A +

Antalyada hazırlıqlarını davam etdirən "Neftçi" klubunun kapitanı Rail Məlikov məşq sonrası fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Məlikov komandada əla abu-havanın hökm sürdüyünü bildirib:

"Hazırda əsasən fiziki göstəricilərimizi yaxşılaşdırmaq istiqamətində çalışırıq. Düşərgəmizdə əla abu-hava hökm sürür. Hamı məşqlərə ciddi və eyni zamanda məsuliyyətlə yanaşır. Biz də çalışırıq ki, verilən tapşırıqları hərtərəfli yerinə yetirək. İnşallah, əziyyətimizin bəhrəsi çempionluq olacaq".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın