Fatih Terim Azərbaycana gələ bilməməsinin səbəbini açıqladı

Fatih Terim Azərbaycana gələ bilməməsinin səbəbini açıqladı
XƏBƏR 13 Yanvar 2012 / 00:01 1797
-  A +

“Qəbələ” Futbol Akademiyasının direktoru Ali Yavaşın oğlu Kərəm Yavaşın toyu Türkiyənin tanınmış futbol adamlarını klub rəsmiləri ilə bir araya gətirib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimdə “Qəbələ” rəsmiləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və Türkiyə yığmasının baş məşqçisi Abdullah Avcı ilə görüşərək fikir mübadiləsi aparıblar.

Klub rəsmilərindən son dövrlər “Qalatasaray”ın Türkiyə Superliqasında və kubokunda göstərdiyi uğurlu nəticələrə görə təbrikləri qəbul edən Terim uzun müddətdir Azərbaycana gəlmək istədiyini, lakin vaxt azlığı səbəbindən səfərin hələ ki, təxirə salındığını bildirib. O, Azərbaycanı və Azərbaycan futbolunu daim diqqət mərkəzində saxladığını söyləyib.

Avcı isə söhbət əsnasında maraqlı açıqlama ilə yadda qalıb. Türkiyənin Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşmalarını yada salan yeni baş məşqçi yarı zarafatla “Yaxşı ki, Azərbaycanla eyni qrupa düşmədik. Yoxsa bizə yenə çox çətin olacaqdı” deyib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın