"Fənərbaxça" seneqallı hücumçu ilə anlaşdı

"Fənərbaxça" seneqallı hücumçu ilə anlaşdı
XƏBƏR 12 Yanvar 2012 / 17:43 2551
-  A +

Bu mövsüm hücum xəttində ciddi problemlər yaşayan Türkiyənin "Fənərbaxça" klubu axtardığını futbolçunu Fransada tapıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Lill"də forma geyinən futbolçu Mousa Sou ilə anlaşıb.

Daha öncə "Fənərbaxça"nın təklifinə "yox" deyən seneqallı futbolçu həmyerliləri Nianq və Dianın təkidi ilə fikrini dəyişib.

"Sarı-lacivərdlilər"in 25 yaşlı futbolçu üçün "Lill"ə 12 milyon avro vrəcəyi bildirilir. Artıq Sounun "Fənərbaxça" illik qazancı da açıqlanıb. Sou yeni komandasında ilinə 3,2 milyon avro qazanacaq. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın