London olimpiadasına daha bir lisenziya qazandıq

XƏBƏR 12 Yanvar 2012 / 16:19 1721
-  A +

Azərbaycan gimnastı Şakir Şixəliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qol.Az-ın görə, 21 yaşlı idmançımız bu hüquqa gimnastika üzrə Londonda keçirilən ikinci təsnifat turnirində əldə edib.

Çoxnövçülükdə 80.532 xal toplaması ona artıq olimpiadada yerlərini təmin etmiş idmançıların siyahısına daxil olmaq imkanı verib. Şixəliyev müstəqil Azərbaycan tarixində son 20 il ərzində olimpiya lisenziyası əldə etmiş ilk idman gimnastıdır. Sonuncu dəfə ölkəmizi 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Valeri Belenki təmsil edib.

Şıxəliyev artıq üç ildir SSRİ-nın əməkdar məşqçisi Anatoli Yarmovski ilə birgə məhz Belenkinin rəhbərliyi altında məşq edir. O, Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına müsahibəsində sevincini bölüşüb: “Hədsiz dərəcədə şadam və fəxr edirəm ki, Azərbaycanımı elə burada, amma bu dəfə artıq Olimpiadada təmsil edəcəyəm!

Gərgin məşqlərim hədər getmədi və hətta podium məşqləri zamanı hərəkətlərimdəki əsəbilik bu gün qətiyyətlə və yıxılmadan altı alətdə çıxış etməyimə heç bir maneçilik törətmədi. Mənə etimad göstərdikləri üçün federasiyamızın rəhbərliyinə, məşqçilərimə və mənim üçün həyəcan keçirən və məni dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Şakir Şıxəliyevin bu uğurundan sonra 2012-ci il London Yay Olimpiya Oyunlarına Azərbaycanın əldə etdiyi lisenziyaların sayı 29-a yüksəlib (Lent.az).


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq