"Baku Fires"in heyəti açıqlandı

"Baku Fires"in heyəti açıqlandı
XƏBƏR 12 Yanvar 2012 / 12:25 1340
-  A +

Yanvarın 14-də Bakı vaxtı ilə saat 15:30-da Makaoda (Çin) “Zonqyi” İdman sarayında Beijing Dragons (Çin) və Baku Fires (Azərbaycan) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) 6-cı turunun matçı keçiriləcək.

Komandaların heyətləri artıq məlumdur:

"Beijing Dragons" - "Baku Fires"
54 kq. Kvinqksian Mai (Çin) - Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Ksiaohu Liu (Çin) – Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Donqksu Şanq (Çin) – Məhəmməd Nurudzinov (Belarus)
85 kq. Jianjenq Vanq (Çin) – Ramazan Məhəmmədov (Azərbaycan)
+91 kq. Cozef Dennis Parker (Yeni Zelandiya) – Hacı Murtuzəliyev (Azərbaycan)
54 kq-dək çəki dərəcəsində döyüş daha maraqlı olacağını vəd edir. Həm Mai, həm də Qermaxanov bu mövsümdə məğlubiyyətlə qarşılaşmayıblar. Çinli iki, bizim boksçumuz isə üç qələbə qazanıb. 

Bu komandalar arasında noyabrın 12-də Azərbaycanın paytaxtında baş tutmuş ilk qarşılaşmada Baku Fires 5:0 hesabı ilə inamlı qələbə qazanıb. Hazırkı heyətdən həmin qarşılaşmada Ramazan Məhəmmədov və Cozef Dennis Parker iştirak ediblər.

Qeyd edək ki, beş görüşdən sonra 15 mümkün xaldan 15-ni toplayaraq yüzfazilik göstəriciyə malik olan Baku Fires “B” qrupunda ilk yeri tutur. Beijing Dragons 4 görüş keçirib. Komandanın 3 xalı var və o qrupda sonuncu, altıncı yeri tutur. Qrupun ən yaxşı dörd komandası 1/4 finala yüksələcək.



Turnir cədvəli:

1. "Baku Fires" – 15 xal, döyüşlərin fərqi - 21-4 (5 matç)
2. "Leipzig Leopards" – 10, 15-10 (5)
3. "Mexico City Guerreros" – 7, 11-13 (5)
4. "Paris United" – 7, 8-11 (4)
5. "İstanbul Bosphorus" – 5, 10-15 (5)
6. "Beijing Dragons" – 3, 4-16 (4)

Bu həftə “B” qrupunda daha iki görüş baş tutacaq. Yanvarın 12-də Mexico City Guerreros (Meksika) Leipzig Leopards-ı (Almaniya), 13-də isə İstanbul Bosphorus (Türkiyə) Paris United-i (Fransa) qəbul edəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı