İtaliya kuboku: "Roma" ikinci hissədə coşdu

İtaliya kuboku: "Roma" ikinci hissədə coşdu
XƏBƏR 12 Yanvar 2012 / 03:06 1767
-  A +

İtaliya kubokunda 1/8 final mərhələsində növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutub.

Doğma azarkeşləri önündə "Kievo"nu qəbul edən "Udineze" rəqibi ilə bacarmayıb. Rəqibin erkən qolu ilə hesabda geri düşən meydan sahibləri fasilədən sonra hesaba tarazlıq gətirsə də sonda məğlubiyyətdən qaça bilməyib - 1:2.

Öz meydanın "Fiorentina"ı qəbul edən "Roma" klubu isə rəqibinə heç bir şans verməyib. Fasiləyə qolsuz yollanan komandaların duelində hesab ikinci hissənin əvvəlində açılıb. İkinci hissədə rəqibini 3 dəfə məyus edən "Roma" növbəti mərhələyə yüksəlib. 

Qeyd edək ki, bu axşam daha bir görüş keçiriləcək. "Napoli" öz meydanında "Çezena"nı qəbul edəcək.

 


10 yanvar

İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları

"Latsio" - "Verona" - 3:2
Qollar: Dias, 44 (1:0), Rokki, 57 (2:0), Berettoni, 61 (2:1), Marko, 74 (2:2), Hernanes, 90+1 (3:2)

 

11 yanvar

"Udineze" - "Kievo" - 1:2
Qollar:
Sammarko, 9 (0:1), Di Natale, 84 (1:1), Tereau, 90+1 (1:2)

"Roma" - "Fiorentina" - 3:0
Qollar:
Lamela, 54 (1:0), 66 (2:0), Borini, 76 (3:0)

 

12 yanvar

"Napoli" - "Çezena"


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı