Dimitar Berbatov "Bavariya" yolunda

Dimitar Berbatov "Bavariya" yolunda
XƏBƏR 12 Yanvar 2012 / 02:51 1740
-  A +

"Mançester Yunayted" klubunun hücumçusu Dimitar Berbatov karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatına görə, bolqarıstanlı futbolçu Bundesliqanın hazırki lideri "Bavariya"nın maraq dairəsinə düşüb.

Mövsümün sonunda İvisa Oliçin komandadan ayrılacağını nəzərə alan Münhen təmsilçisinin rəhbərliyi bu boşluğu Berbatovla doldurmaq niyyətindədir.

"Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Fergüsson da Berbatovun komandadan ayrılmasının əleyhinə deyil. Lakin 30 yaşlı futbolçu ilə "Bayer" (Leverkuzen) klubu da yaxından maraqlanır.

Qeyd edək ki, 2008-ci ildən "Mançester Yunayted"də çıxış edən Berbatov keçirdiyi 105 oyunda 47 dəfə rəqib qapılarına yol tapıb. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı