BATE-nin rəsmi saytı: "Əfran İsmayılovla maraqlanmırıq"

BATE-nin rəsmi saytı: "Əfran İsmayılovla maraqlanmırıq"
XƏBƏR 11 Yanvar 2012 / 18:21 2210
-  A +

Belarusun BATE klubu Azərbaycan millisinin futbolçusu Əfran İsmayılovun transferi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Belarus təmsilçisinin rəsmi internet saytı “Qarabağ”ın yarımmüdafiəçisinin keçidi ilə bağlı xəbərləri təkzib edib.

"Komandamızın Əfran İsmayılova olan marağı ilə bağlı yayılan informasiyalar bizi təəccübləndirdi. Daha çox isə futbolçunun və agentinin sözləri təəccüb doğurdu ki, guya, biz Əfranla maraqlanmışıq. Rəsmən bəyan edirik ki, Əfran İsmayılov heç vaxt BATE-nin maraq dairəsinə daxil olmayıb".


Son xəbərlər