Madrid "Real"ı ciddi itki ilə üzləşdi

Madrid "Real"ı ciddi itki ilə üzləşdi
XƏBƏR 11 Yanvar 2012 / 17:23 2723
-  A +

İspaniya kubokunda 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Malaqa" ilə qarşılaşan "Real" (Madrid) klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, komandanın almaniyalı yarımmüdafiəçisi Sami Xedira zədələnərək sıradan çıxıb. 

"Real" 1:0 hesabı ilə qalib gəldiyi matçın 44-cü dəqiqəsində zədələnən futbolçu yerini Məsut Özilə buraxmışdı. Lakin Xediranın hansı müddətə sıradan çıxdığı məlun deyil.

Buna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək. Bununla belə, Xediranın La Liqanın növbəti turunda "Malyorka" ilə keçiriləcək oyunu buraxacağı bildirilir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki